Mingəçevirdə yararsız avtomobillər marşrutdan çıxarıldı

Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsi bu gün şəhərdə 3 aydan artıq ödənilməyən cərimələrlə bağlı reyd keçirib. "Yeniavaz.com" xəbər verir ki, reyd zamanı həmçinin avtomobillərə əlavə avadanlıq quraşdıran, texniki baxışdan keçməyən nəqliyyat vasitələri, kəmərdən istifadə etməyən sürücülər, sürücülük vəsiqəsi olmadan avtomaşını idarə edilməsi faktları aşkar edilib. Şəhərdə 8 saylı xətt üzrə idarə edilən nəqliyyat vasitələrinin sürücülərinə ciddi xəbərdarlıq edildi və həmin marşrut üzrə 3 köhnə, nəqliyyata yarasız olduğu üçün xəttən kənarlaşdırıldı. Reydlə bağlı açıqlama verən Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi, polis polkovnik leytenantı Bəlyar Bəşirli bildirib ki, bu cür tədbirlər davamlı olacaq: "3 aydan artıq ödənilməyən cərimələrlə bağlı nəqliyyat vasitələri yoxlanıldı və 5 minə yaxın ödənilməyən cərimə ödənildi. Protokollar tərtib olunub, istismarı yararsız vəziyyətdə olan 3 avtobus marşrut xəttindən çıxarılıb, cərimə meydançasına aparılıb. Reyd zamanı sürücülük hüququ olmayan, təhlükəsizlik kəmərindən istifadə etməyən 6 sürücüyə qarşı inzibati protokollar tərtib olunub. Yol hərəkəti qaydalarına əməl etməyən məsuliyyətsiz sürücülərə qarşı sərt tədbirlər görüləcək".

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top