"Moskva münaqişə zonasında sabitliyin qorunub saxlanılmasında maraqlıdır"

Rusiya Humanitar Elmlər İnstitutunun professoru, politoloq Sergey Markedonov Ermənistan və Azərbaycan prezidentlərinin son vaxtlar müxtəlif ölkələrə səfərləri arasında hər hansı əlaqə görmədiyini söyləyib. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, Markedonov İlham Əliyev və Serj Sarkisyanın xarici ölkə səfərlərinin Qarabağ münaqişəsinin həllində hansısa ciddi təşəbbüsün gündəmə gətirilməsi ilə bağlı ola biləcəyinə inanmadığını da xüsusi qeyd edib.

Buna paralel olaraq politoloq diplomatik baxımdan münaqişənin həllinə nail olunması perspektivlərinin olmadığını da vurğulayıb: "Rusiyaya bölgədə yeni müharibə lazım deyil. Moskva münaqişə zonasında sabitliyin qorunub saxlanılmasında maraqlıdır. Hazırda tərəflər yalnız qoşunların təmas xəttində baş verənləri müzakirə obyektinə çeviriblər. Məqsəd təmas xəttində gərginliyin azaldılmasına nail olunmasıdır".

DİGƏR XƏBƏRLƏR

Top