Hollandiya Çavuşoğlunun uçuş icazəsini ləğv etdi

Hollandiya hökuməti Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun uçuş icazəsini ləğv edib. "Yeniavaz.com" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Qeyd edək ki, bu gün səhər M.Çavuşoğlu uçuşunun ləğv ediləcəyi təqdirdə Hollandiyaya qarşı sanksiyaların tətbiq edilə biləcəyini vurğulayıb: “Bu gün Rotterdama gedəcəm. Hollandiya mənim uçuş icazəmi ləğv etsə, çox böyük sanksiyalar tətbiq edəcəyik. Demək istəyirlər ki, biz nə etsək türklər buna tabe olmaq məcburiyyətindədir. Belə bir şey ola bilməz, o dövr keçdi”. M. Çavuşoğlu Avropanın sürətlə faşizmə meyl etdiyini də vurğulayıb: “Hollandiyada irqçi bir Vilders (Qert Vilders – Azadlıq partiyasının deputatı) var. Faşist, nasist kimidir. Burada (Hollandiyada) müsəlmanların sayını azaldacağıq deyir. Bu nə deməkdir? Bu insanları öldürəcəksən, yandıracaqsan? Bu şəxs İngiltərəyə getmək istədi, İngiltərə onu qəbul etmədi. Hollandiya hakimiyyəti böyük qiyamət qopardı. Səyahət azadlığına işarət etdi. İndi isə Türkiyənin xarici işlər nazirinin uçuş icazəsini ləğv etməklə təhdid edirlər”.

DİGƏR XƏBƏRLƏR

Top