2016-cı ildə ən çox əcnəbi turist qəbul etmiş ölkə məlum oldu

2016-cı ildə Fransaya 83 milyon əcnəbi turist səfər edib, bu da ölkəyə dünyada turist sayı üzrə birinci yeri qorumağa imkan verib. “Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Fransanın Rusiyadakı səfiri Jan-Moris Riper deyib. Onun sözlərinə görə, iqtisadi çətinliklərə və terror təhlükəsinə rəğmən, Fransa xarici turistlər üçün bir nömrəli istiqamət olaraq qalır: “2016-cı ildə Fransanı 83 milyon turist ziyarət edib”. Daha əvvəl verilmiş məlumata əsasən, 2015-ci ildə Fransaya təqribən 85 milyon turist gəlib. Bununla da 2016-cı ildə Fransaya təxminən 2 milyon turist az səfər edib. 2015-ci ilin yekunları üzrə xarici turistlərin sayı üzrə dünyada ikinci yeri ABŞ (77,9 milyon) tutub. İspaniya 68,1 milyon turistlə ikinci olub. ABŞ 2016-cı il üzrə statistikasını açıqlamayıb, İspaniya isə ötən il 75,6 milyon turist qəbul edib.

DİGƏR XƏBƏRLƏR

Top