Trampa görə ABŞ futbol üzrə dünya çempionatından məhrum edə bilər

Prezident Donald Trampın miqrasiya fərmanına görə ABŞ 2026-cı ildə futbol üzrə dünya çempionatını keçirmək hüququndan məhrum edilə bilər. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, FIFA prezidenti Canni İnfantino xəbərdarlıq edib ki, ölkəyə 6 müsəlman dövlətin vətəndaşlarının girişini qadağan edən sənəd ABŞ-ın istənilən sifariş ərizəsini ləğv edə bilər: “Mundialda iştirak etməyə iddia edən bütün ölkələr yarışların keçirildiyi yerə giriş əldə etməlidir. Əks halda bu, dünya çempionatı olmaz. Bu ki aydındır. Amerika administrasiyasının miqrasiya siyasəti idman yarışlarının qaydalarına sığmır”.

Qeyd edək ki, 2026- futbol üzrə dünya çempionatının keçirilməsinə rəsmi namizədlər hələ müəyyənləşməyib. Sifariş qəbulu 2018-ci ilin sonunadək davam edəcək, səsvermə isə 2020-ci ildə baş tutacaq. D. Trampın martın 16-da qüvvəyə minəcək “Ölkəyə xarici terrorçuların girişindən qorunması haqqında” fərmanı İran, Yəmən, Liviya, Suriya, Somali və Sudan vətəndaşlarının ABŞ-a girişini, habelə qaçqın qəbulu proqramını dayandırır.

DİGƏR XƏBƏRLƏR

Top