Şvartsnegger yenidən siyasətə qayıdır

ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru, kinoaktyor Arnold Şvartsnegger siyasətə qayıda bilər. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Respublikaçılar Partiyasındakı mənbə deyib. Onun sözlərinə görə, aktyor 2018-ci ildə Senata seçkilərdə namizədliyini irəli sürə bilər. A. Şvartsneggerin müstəqil namizəd olacağı ehtimal edilir. Onun seçkilərdə qalib gəlmək üçün yaxşı şansları var, çünki 2018-ci ildə Demokratlar Partiyasının üzvü olan Kaliforniyanın hazırki senatoru Dayenn Faynstaynın 85 yaşı tamam olacaq.

Qeyd edək ki, A. Şvatsnegger 2003 və 2006-cı illərdə Kaliforniyanın qubernatoru seçilib. 2017-ci ildə isə ABŞ prezidenti Donald Trampın uzun müddət aparıcılıq etdiyi “The Celebrity Apprentice” teleşousunun aparıcı olub.

DİGƏR XƏBƏRLƏR

Top