Ərdoğan Putindən PYD-nin Moskvadakı fəaliyyətinə son verilməsini istədi

Terrorçuluqla mübarizə sahəsində yaxın koordinasiya şəklində fəaliyyət göstərməyimiz böyük önəm daşıyır. “Yeniavaz.com”un “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvada Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında deyib. O bildirib: “Suriyada İŞİD-ə qarşı nümayiş etdirdiyimiz qətiyyətli mövqeni digər terror təşkilatlarına qarşı da göstərməliyik. Bu baxımdan PKK-nın Suriya qanadı olan PYD-nin Moskvadakı fəaliyyətlərinə son verilməsini xüsusilə gözləyirik”.

DİGƏR XƏBƏRLƏR

Top