Separatçı qoşunlar Rusiya ordusunun tərkibinə daxil edilə bilər

Rusiya prezidenti Vladimir Putin və tanınmamış Cənubi Osetiya respublikasının başçısı Leonid Tibilov martın ortalarında görüşəcəklər. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya dövlət başçısının köməkçisi Vladislav Surkov deyib. Onun sözlərinə görə, görüşdə tərəflər separatçı respublikanın silahlı qüvvələrinin ayrı-ayrı bölmələrinin Rusiya Silahlı Qüvvələrinin tərkibinə daxil edilməsi qaydalarını və digər məsələləri müzakirə edəcəklər. V. Surkov qeyd edib ki, tərəflər, habelə Cənubi Osetiyada planlaşdırılan pensiyaların və əməkhaqlarının artırılmasını, tibbi klasterin tikintisini müzakirə edəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top