Putin: Türkiyə ilə əlaqələrdə bunu heç kəs gözləmirdi

Rusiya və Türkiyə Suriya daxil olmaqla, dünyada böhranların həll edilməsi üzərində fəal çalışırlar. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Moskvada məhdud tərkibdə görüşdə deyib. Onun sözlərinə görə, iki ölkənin hərbi qurumları və xüsusi xidmət orqanları arasında yaxşı və səmərəli əlaqələr qurulub: “Biz dünyada ən kəskin böhranların nizamlanması üzərində fəalişləyirik, bura əlbəttə ki, ilk növbədə Suriya daxildir. Bunu qeyd etməyə şadam ki, - görünür heç kəs bunu gözləmirdi – hərbi qurumlar və xüsusi xidmət orqanları arasında belə etibarlı və çox səmərəli əlaqə qurulur

DİGƏR XƏBƏRLƏR

Top