Rəsmi Moskva Rusiya Dövlət Dumasının deputatlarının girişinə rədd cavabı verilməsini Almaniya ilə ikitərəfli münasibətlərdə nəzərə alacaq. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Almaniya hakimiyyətinin Dövlət Dumasının vitse-spikeri İqor Lebedev və Dumanın Bədən tərbiyəsi, idman, turizm və gənclərlə iş komitəsinin rəhbəri Mixail Deqtyarevin Bonna girişlərinə rədd cavabı verməsini şərh edərkən deyib. Deputatlar Rusiya Paralimpiya Komitəsinin Beynəlxalq Paralimpiya Komitəsində (BPK) üzvlüyünün bərpa edilməsi məsələsi üzrə BPK-nin rəhbərliyi ilə görüşdə iştirak etmək istəyiblər. M. Zaxarova qeyd edib ki, Almaniya hakimiyyətinin bu yanaşması sağlam düşüncəylə ziddiyyət təşkil edir və qeyri-səmərəlidir: “Bunu Almaniya ilə ikitərəfli əlaqələrdə nəzərə alacağıq”.