İstanbulda qəzaya uğrayan helikopterdə 4 rus olub VİDEO

İstanbulda qəzaya uğramış “Eczaçıbaşı” holdinqinə məxsus “Sikorsky S-76 “ tipli helikopterin göyərtəsində 4 Rusiya vətəndaşı olub. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, avtomobil yoluna düşən helikopterin göyərtəsində ümumilikdə 7 nəfər – 2 pilot, 4 əcnəbi vətəndaş və 1 türkiyəli sərnişin olub. Bunlar kapitan pilot Ələddin Nacar, pilot Əhməd Bulud, “Eczaçıbaşı” holdinqinin Rusiya bölməsi “Vitra” şirkətinin baş direktoru Salim Özen, əcnəbilər Aleksandr Vanin, İqor Koçerqin, Lyudmila Çurova və Yelena Badraqadır. Rusiya vətəndaşları “Eczacbaşı Qrupu” ilə danışıqlar aparmaq üçün Türkiyəyə gəlib. İstanbul valisi Vasip Şahin qəzada ilkin hesablamalara görə 5 nəfərin öldüyünü deyib. Helikopter heyəti Esenyurddakı fabriki gəzərək Bilecikdə iclasa istiqamət alıb. Helikopterin düşdüyü avtomobil yolunda hərəkət hər iki istiqamətdə dayandırılıb. Onun güclü duman səbəbilə işləməyən teleziya qülləsinə çırpılaraq qəzaya uğradığı bildirilir. Helikopter 5 hissəyə bölünürək parçaları 200-250 metr məsafəyə yayılıb.

Helikopter qeza

DİGƏR XƏBƏRLƏR

Top