Suriya əməliyyatında rus qırıcılarının dənizə düşməsinin səbəbi açıqlanıb

2016-cı ildə Suriya hərbi səfəri zamanı “Admiral Kuznetsov” aviadaşıyıcında iki göyərtə qırıcısının qəzaya uğramsının səbəbi aerofinişer trosunun qopmasıdır, təyyarələrə qarşı heç bir irad yoxdur. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın müdafiə-sənaye kompleksindəki mənbə deyib. Mənbə qeyd edib ki, “MiQ-29K” qırıcısı qəzaya uğrayarkən tros qopub, nəticədə təyyarə kəskin bucaq altında göyərtəyə eniş edib: “Su-33” qırıcısının enişi isə ştat rejimində keçib və bu halda da ilkin olaraq keyfiyyətsiz trosdan danışmaq olar. Lakin hər iki halda da təyyarələrə qarşı heç bir irad ola bilməz”. Bununla belə mənbə əlavə edib ki, qırıcıların enişi zamanı trosun qopmasının səbəblərini ətraflı təhlilini yalnız sahildə finişer troslarının öyrənilməsindən sonra müəyyənləşdirmək mümkün olacaq.

Xatırladaq ki, “MiQ-29K” və “Su-33” göyərtə qırıcıları Suriyada əməliyyatda iştirak zamanı müvafiq olaraq 14 noyabr və 4 dekabr tarixlərində aerofinişerlər troslarının qopmasından sonra aviadaşıyıcının göyərtəsindən kənara çıxaraq dənizə düşüblər. “Admiral Kuznetsov”un daxil olduğu Şimal donanmasının gəmi qrupunun Suriya səfəri 2016-cı il oktyabrın 15-dən 2017-cı il fevralın 8-dək davam edib. Ekspertlərin hesablamalarına görə, Rusiya bu səfərə 7,5-10 milyard rubl xərcləyib. Büdcəyə ən böyük zərəri isə qəzaya uğrayan “MiQ-29K” və “Su-33” qırıcıları vurub. Onları əvəzləmək üçün 70-103,4 milyon dollar vəsait xərclənə bilər. Dənizə düşmüş qırıcıların bahalı iş olması səbəbilə çıxarılmayacağı bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top