Bu deputat Milli Məclisdə 1 ildən sonra ilk dəfə danışıb

Milli Məclisin bu günkü iclasında Şəmkirdən deputat seçilən Sona Əliyeva susqunluğunu pozaraq çıxış edib.

Sherg.az bildirir ki, xanım millət vəkili ilə üzvü olduğu Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıxanlı arasında insident yaranmışdı.

Belə ki, komitə sədri ötən ilin yaz sessiyası zamanı S.Əliyevanın çıxışına sərt etiraz etmişdi. Bundan sonra S. Əliyeva ərizə yazaraq həmin komitədən getmişdi. Həmçinin xanım millət vəkili parlamentdəki çıxışlarına ara vermişdi. Amma bu gün "Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirəsi zamanı deputat susqunluğuna son qoyaraq danışıb, qanunla bağlı fikirlərini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top