Yeni smart tipli sayğaclar problem yaradır

Artıq iki ilə yaxındır ki, Mingəçevirdə əhalinin bir qismi smart tipli su sayğaclarından istifadə edir. Demək olar ki, şəhərin yarı hissəsinə "Azərsu" ASC tərəfindən su sayğacları quraşdırılıb. Amma sakinlər bu sayğaclarda yaranan nasazlıqdan beziblər. Mingəçevir V. Hüseynov 13/62 mənzil 7 ünvanında yaşayan abonent Qurbanov Xəqani Mirzə oğlu "Yeniavaz.com"a açıqlamasında dəfələrlə sayğacla bağlı problem yaşadıqlarını deyib.

"Dünən suyumuz kəsildi, getdim kartın balansına 15 manat yüklədim. Amma kartdan sayğaca yükləmə olmadı. Nə qədər çalışdım, yüklənmədi. Bu hadisə mənim başıma bir neçə dəfə yox, bəlkə 5-10 dəfə gəlib. "Azərsu"nun "qaynar xətt"inə zəng edirəm, amma problem nədən qaynaqlanır bilən yoxdur. Daha sonra kartın balansına 15 manat yüklədim, amma sayğaca 10 manat yükləndi. Həm pulum yoxa çıxır, həm də suyum gəlmir. İki gündür şəhər yerində yaşayan adam - susuz qalmışam. Qonuşdan nə qədər su daşıyaq? Qonşu da suyu pulla alır. Yaxşı ki, Kür çayı bizə yaxındır, məcburuq gedib Kürdən su daşıyaq".

Onu da bildirək ki, Mingəçevirdə quraşdırılan su sayğacları ilə bağlı problemlər və bundan əziyyət çəkən insanlar çoxdur.

Sakinlərə isə bildirilir ki, sayğaclar xarab olduqda əhali öz pulu ilə yenisini almalıdır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top