
Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə marixuananın leqallaşdırılması barədə referendum keçirilməsi haqqında bir qrup tərəfindən irəli sürülən təşəbbüsü rədd edib. "Yeniavaz.com"un nevvsgeorgia.ge-yə istinadən verdiyi məlumata görə, marixuananın leqallaşdırılması barədə təşəbbüs müxalifətdə olan "Qirçi" Partiyasının bir qrup üzvü tərəfindən irəli sürülmüşdü. Gürcüstan MSK məsələ ilə bağlı verdiyi açıqlamasında bildirib ki, bu, ölkə qanunlarına və seçki kodeksinə ziddir. Üstəlik marixuananın leqallaşdırılması cəmiyyətdə ağır nəticələrə gətirib çıxara və min illərboyu yaradılan gürcü mədəniyyətinə əxlaqına, mənəviyyatına ağır zərbə vuraraq milli varlığa təhlükə doğura bilər.
Öz növbəsində MSK-nın bu qərarından narazı qalan " Qirçi" Partiyasının verdiyi bəyanatda qeyd edilib ki, bu marixuananın leqallaşdırılması barədə qərarın qəbul edilib -edilməməsindən asılı olmayaraq ölkədə hətta məktəblilərin də bir hissəsi narkotikadan istifadə edirlər. Bunun qarşısını isə ancaq marixuananın leqallaşdırılması yolu ilə almaq olar. Xatırladaq ki, Gürcüstanda narkotik maddələrdən istifadə cinayət hesab edilir.
Tətbiqimizi yükləyə bilərsiniz