İran yeni ballistik raketi sınaqdan keçirib

İran İnqilab Keşikçiləri Korpusu (İİKK) ölkədə istehsal olunan “Hormuz-2” yeni ballistik raketi sınaqdan keçirib. “RİA Novosti” verdiyi xəbərə görə, qeyd olunan raketlər dəniz hədəflərini vurmaq üçün nəzərdə tutulub. İİKK komandanı Əmir Əli Hacızadə bildirib ki, sınaqlar zamanı raket 250 km uzaqlıqda üzən hədəfi məhv edib. Məlumata görə, “Hormuz-2” raketi 300 km uzaqlıqda olan hədəfləri dəqiq vurmaq qabiliyyətinə malikdirlər. İran martın əvvəlində "Фатех-110" ballistik raketini sınaqdan keçirib.Apa

DİGƏR XƏBƏRLƏR

Top