Bu ölkənin ordusu poçt göyərçinləri yetişdirir

Uruqvay ordusu müharibə vəziyyətində yarana biləcək rabitə probleminin qarşısını almaq üçün 1913-cü ildən bəri poçt göyərçinlərini yetişdirir və bu məqsədlə xüsusi büdcə formalaşdırıb. “Yeniavaz.com”un “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, təlim keçilən göyərçinlər hər səhər 90 dəqiqə uçurulur. 145 göyərçinin qalması üçün 3 qəfəs qurulub. Quşların ayaqlarının birində “şəxsi məlumatlar”ın yazılı olduğu halqalar, digərində isə kağıza yazılmış yazılı mesajın yer aldığı kiçik qutu yerləşdirilir. Poçt göyərçinləri 780 kilometr məsafəyədək uça bilirlər.

DİGƏR XƏBƏRLƏR

Top