ABŞ Suriyaya daha 400 əsgər göndərdi

ABŞ Müdafiə Nazirliyi Suriyaya amerikalı hərbçilərdən ibarət əlavə kontingentin göndərilməsi barədə informasiyanı təsdiq edib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, ABŞ-ın Hərbi Hava Qüvvələrinin polkovniki Con Dorrian bildirib ki, əlavə hərbçilərin göndərilməsində məqsəd Suriyanın Raqqa şəhərinin İŞİD terror qruplaşmasının silahlılarından azad edilməsi əməliyyatını sürətləndirməkdir. Onun sözlərinə görə, Raqqaya hücum üçün baza qismində istifadə edilən Mənbicə dəniz piyadalarının artilleriya bölmələri və quru qoşunlarının təqribən 400 nəfərdən ibarət diversiya-kəşfiyyat hərbçiləri göndərilib. Onlar bunadək Suriyada yerləşdirilən 500 amerikalı hərbçiyə əlavə olaraq son bir neçə gün ərzində göndərilib: “Onlar orada müvəqqəti qalacaqlar. Amerikalı əsgərlər ön cəbhədə hərbi əməliyyatlarda iştirak etməyəcəklər”.

DİGƏR XƏBƏRLƏR

Top