Telman İsmayılov müflis elan edildi

Moskvanın arbitraj məhkəməsi Çerkizovsk bazarının keçmiş sahibi, AST qrupunun təsisçisi, Azərbaycan əsilli biznesmen Telman İsmayılovu müflis elan edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, məhkəmə, həmçinin T. İsmayılovun əmlakının reallaşdırılması proseduruna başlanılmasına qərar verib. Məhkəmə Valeri Kubelunu borclunun maliyyyə idarəçisi qismində təsdiq edib və onun hesabatını sentyabrın 6-da təyin edib.

Xatırladaq ki, ötən ilin avqustunda Moskva Arbitraj məhkəməsi VTB qrupuna daxil olan BM-Bankın ( əvvəlki adı Bank Moskva) T. İsmayılovun müflisləşməsi haqqında bəyanatını əsaslı hesab edərək ona qarşı borcların restrukturizasiyasını tətbiq edib, biznesmeninin bank qarşısında təqribən 17,4 milyard dollar borcunu kreditorların tələblər reyestrinə daxil edib. T. İsmayılov 2009-cu ildə Moskvada sahibi olduğu Çerkizovsk bazarının fəaliyyəti ilə bağlı iradlarla üzləşmişdi. Orada çoxsaylı pozuntular aşkar edildikdən sonra bazar bağlandı.

DİGƏR XƏBƏRLƏR

Top