Şəmkirdə qəza: 2 nəfər ölüb

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Qasımalılar kəndindən keçən hissəsində qeydə alınıb. 65 yaşlı Zirəddin Vəliyev idarə etdiyi "Niva” markalı avtomobilə hərəkətdə olarkən idarəetməni itirib. Maşının aşması nəticədə sürücünün həyat yoladaşı 64 yaşlı Vəzifə Vəliyeva və onun 15 yaşlı nəvəsi Elzaməddin Vəliyev hadisə yerində ölüblər. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

Vüqar Nəbiyev

Şəmkir qəza

DİGƏR XƏBƏRLƏR

Top