Figen Yüksekdağın partiya üzvlüyü ləğv edildi

Türkiyədə daha əvvəl deputat statusundan məhrum edilmiş Figen Yüksekdağın Xalqların Demokratik Partiyasında (HDP) üzvlüyü ləğv edilib. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Ali Məhkəməsinin Respublika Baş Prokurorluğu qərar verib. Baş Prokurorluq həbs cəzasının qətiləşməsi ilə əlaqədar F. Yüksekdağın partiya üzvlüyünün ləğv edildiyini açıqlayıb: “Siyasi partiyalar haqqında” qanuna əsasən, terror fəaliyyətinə görə məhkum olunanlar siyasi partiyanın üzvü ola bilməzlər”. HDP bu qərarı hüquqa uyğun olmadığını bəyan edib: “Məsələ ilə bağlı, hüquqi tədbirlər görəcəyik, həm ölkə daxili, həm də beynəlxalq hüquq sahəsində müvafiq müraciətlər edəcəyik”.

Xatırladaq ki, HDP-nin həmsədri və Van millət vəkili F. Yüksekdağ terror təşkilatının təbliğatı ilə məşğul olmaq ittihamı üzrə həbs edildiyinə görə fevralın 21-də məhkəmənin qərarı ilə deputat mandatından məhrum edilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top