Elektrik enerjisini xaricə 7, özümüzə isə 11 qəpiyə satırıq - RƏSMİ MƏLUMAT

Bu ilin yanvar ayında xarici ölkələrə 27 milyon 531 min kv/saat elektrik enerjisi ixrac edilib. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlara istinadən bildirir ki, bu həcmdə elektrik enerjisinin dəyəri 1 milyon 383 min dollara bərabər olub. Bu isə o deməkdir ki, xaricə satılan elektrik enerjisinin 1 kv/saatının qiyməti 4 sent və ya mövcud məzənnə ilə (1,75) hesablandığı zaman 7 qəpik təşkil edib. Halbuki elektrik enerjisinin daxili bazardakı qiyməti 11 qəpiyə (6 sent) bərabərdir. Açıqlanan rəsmi məlumatlardan belə görünür ki, xaricə satılan elektrik enerjisinin qiyməti daxili bazarla müqayisədə 43% və ya 4 qəpik ucuzdur.

DİGƏR XƏBƏRLƏR

Top