Lavrov: Eşitmişəm ki, ABŞ kəşfiyyatı soyuduculara da müdaxilə edir

Xoşagəlməz vəziyyətə düşməmək üçün vacib danışıqlara heç bir telefon götürməməyə çalışıram. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “WikiLeaks” beynəlxalq qeyri-kommersiya təşkilatının ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) insanları mobil telefonları ilə izləməyə imkan verən zərərli proqramlar hazırlaması barədə məlumatını şərh edərkən deyib. S. Lavrov bildirib: “MKİ hakerlərinin təkcə smartfonlara deyil, həm də müasir televizorlara müdaxilə edə bilmələrinə dair şübhələrə gəlincə, eşitmişəm ki, soyuduculara (elektrik şəbəkəsində problem yaratmaq üçün) da müdaxilə edə bilərlər. Mən özüm həssas məsələlərə dair danışıqlara heç bir telefon götürməməyə çalışıram. Hələ ki xoşagəlməz vəziyyətə düşməmək məndə alınır”.

Xatırladaq ki, “Wikileaks”in dərc etdiyi “Vault 7” adlı sənədlərə əsasən MKİ ağıllı telefonlara, mobil tətbiqlərə və hətta teleziya və avtomobillərə müdaxilə edə bilir. “Vault 7” “Wikileaks”in indiyədək dərc etdiyi en geniş MKİ sənədidir. 8000 səhifədən ibarət sənədlərdə ABŞ və MKİ-nın dünya miqyasında həyata keçirdiyi casusliq fəaliyyətləri ilə bağlı vacib məlumatlar var. Sənədlərdə MKİ-nın gündəlik həyatımızda istifadə etdiyimiz elektron cihazlar və mobil əlavələri necə ələ keçirməsi və hansı məqsədlər üçün istifadə etdiyinə dair məlumatlar yer alır.

DİGƏR XƏBƏRLƏR

Top