Putin 10 generalı vəzifəsindən azad edib

Rusiya prezidenti Vladimir Putin 10 generalı vəzifəsindən azad edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə V. Putin müvafiq fərman imzalayıb. Azad edilən 10 general Daxili İşlər Nazirliyi, İstintaq Komitəsi və Cəzaların İcrası Federal Xidmətində çalışıb. Kard dəyişikliklərinin səbəbləri barədə məlumat verilmir.

Qeyd edək ki, V. Putin vaxtaşırı olaraq güc strukturlarındakı generalları vəzifəsindən azad edir. Sonuncu dəfə V. Putin fevralın 2-də imzaladığı fərman ilə Fövqəladə Hallar, Daxili İşlər nazirliklərinin və İsintaq Komitəsinin 16 generalını vəzifəsindən azad etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top