ABŞ İranı Suriyadan çıxarmaq istəyir

ABŞ-ın Birləşmiş Mİllətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Nikki Haley mətbuata açıqlama verib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, o, “İran və onun dəstəklədiyi şiə milislər Suriyadan çıxarılmalıdır” deyib. ABŞ-ın Cenevrə sülh danışıqlarının 4-cü turunda BMT Suriya xüsusi nümayəndəsi Staffan de Misturanı BMT-ni dəstəklədiyini deyən Nikki Haley, siyasi həll üçün danışıqlar davam etməlidir deyib: “Suriya artıq terrorçuların sığınacağı liman olmamalıdır. İranı Suriyadan çıxarmalıyıq. Müttəfiqlərimizin sərhədlərinin qorunmasına da zəmanət veririk. Beləliklə etibarlarını qazana bilərik”.

DİGƏR XƏBƏRLƏR

Top