“Nike” dünyada ilk dəfə olaraq idman hicabları istehsal edəcək

ABŞ-ın “Nike” idman geyimləri istehsalçısı müsəlman qadın idmançıları üçün idman hicabları istehsal etməyə başlayacaq. “Yeniavaz.com”un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, hicab istehsalına gələn ilin əvvəlində başlanılacaq. Bununla da “Nike” xüsusi ilə idman yarışları üçün nəzərdə tutulmuş hicab istehsalına başlayacaq idman geyimlərinin ilk iri istehsalçısı olacaq. “Pro Hijab” brendi ilə baş geyimləri buraxılacaq. Bununla əlaqədar “Nike” müxtəlif ölkələrdən olan müsəlman idmançılarla məsləhətəşib. “Nike” hicablarının 35 dollara satılacağı gözlənilir. Bunadək müsəlman qadın idmançılar idman hicablarını kiçik şirkətlərdən sifariş edirdilər və ya sifariş əsasında tikdirirdilər.

DİGƏR XƏBƏRLƏR

Top