İŞİD liderləri Raqqadan qaçır

İŞİD-in bir çox liderləri Raqqadan qaçmağa başlayıb. “Yeniavaz.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, yaxın zamanlarda başlaması gözlənilən Raqqa əməliyyatı İŞİD liderlərini qorxuya salıb. Həmçinin ABŞ-lı bir liderin Raqqaya əsgər göndərməyə başladığı da məlum olub. ABŞ Müdafiə Nazirliyi nümayəndəsi mətbuata açıqlamasında deyib ki, bu vəziyyətdə Raqqanın geri alınması çox da asan olmayacaq. Qaçan İŞİD liderlərinin sayı dəqiq məlum olmasa da şəhərdə 3-4 min İŞİD üzvünün olduğu bildirilib. Raqqa İŞİD-in müdafiə qalası rolunu oynasa da Raqqanı itirmək İŞİD-in sonu olmayacaq. Bildirilib ki, İŞİD-in bundan sonrakı sığınacağı Raqqanın cənubundakı Deyr əz-Zor və İraqın Fərat çayı sahilindəki bölgələr olacaq.

DİGƏR XƏBƏRLƏR

Top