"iPhone 8"nin ekranı belə olacaq — FOTO

“iPhone 8”in dizaynı barədə məlumatlar yayılıb. “Yeniavaz.com” Türkiyə mediasına istinadən bildirir ki, “Apple” şirkətinin 10-cu il dönümü münasibətilə “iPhone 8”in dizaynı əvvəlkilərdən çox fərqli təqdim olunacaq. Bu ilin sonlarında təqdim olunacaq “iPhone 8”in kənarları AMOLED ekran xüsusiyyətinə sahib olacaq. Əvvəlki modellərdən fərqli olaraq “iPhone 8”də Touch ID xüsusiyyəti Home düyməsində yox telefonun ekranında olacaq. Həmçinin telefonun kilidini açmaq üçün üz tanıma xüsusiyyəti əlavə olunacaq. OLED ekranının ölçüsü 5,8 düyüm olacaq. Şirkətin mətbuata açıqlamasında məlum olub ki, təqdim edilmədə müəyyən qədər gecikmə olacaq.

DİGƏR XƏBƏRLƏR

Top