Ermənistan müdafiə xərclərini artırıb

2017-ci ildə Ermənistan müdafiə xərclərini ötən ilə müqayisədə 21,7 faiz artırıb. "Yeniavaz.com"un panarmenian.net-ə istinadən verdiyi məlumata görə, bu il Ermənistan müdafiə xərclərinə 11,6 milyard dram xərcləyəcək. Ermənistan Milli Statistika Xidmətinin bununla əlaqədar yaydığı məlumatda 2017-ci ildə hərbi xərclərin büdcənin 19,7 faizini təşkil etdiyi vurğulanır. Ötən il isə Ermənistanda hərbi xərclərə büdcənin17,9 faizi xərclənmişdi. Bundan əlavə Ermənistana xaricdən göstərilən hərbi yardımların da həcmi ildən-ilə artmaqdadır. Qeyd edək ki, ötən il Ermənistana xaricdən 164 milyon 647 min 800 dram (336 min dollar) hərbi yardım göstərilib.

DİGƏR XƏBƏRLƏR

Top