Fransa münaqişə zonasında insidentləri araşdırma mexaniziminin tətbiqini istəyir

Parisdə Fransa və Ermənistan prezidentləri arasında keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə edilib. "Yeniavaz.com"un panorama.am-a istinadən verdiyi məlumata görə, prezident Olland münaqişənin siyasi həll yolunu tapmaq istədiklərini söyləyib: "Fransa Qarabağ münaqişəsinin həlli prosesinə cəlb edilən ölkələrdən biridir. Biz ATƏT Minsk Qrupunun Rusiyadan və ABŞ-dan olan həmsədrləri ilə birgə problemin aradan qaldırılması yolları üzərində işləyirik. Bu çərçivədə də münaqişənin siyası yolla həllini tapmağa çalışırıq. Fransa Azərbaycan və Ermənistanla, həmçinin həmsədr ölkələrlə birgə münaqişənin həlli üçün mövcud imkanlardan maksimum yararlanmaq istəyir. Biz qoşunların təmas xəttində vəziyyətin gərginləşməsinə səbəb olan insidentlərin araşdırılmasına imkan verəcək nəzarət mexanizminin tətbiq edilməsinə tərəfdarıq. Əgər buna nail olsaq, onda bölgədə sülhü təhlükə altına alan insidentlərə son qoya biləcəyik".

DİGƏR XƏBƏRLƏR

Top