Ermənistan Azərbaycanın Coqaz su anbarından istifadə etdiyini təkzib edib

Ermənistan Su təsərrüfatı idarəsi Azərbaycanın guya Coqaz ( ermənicə Berkaber) su anbarından istifadə məqsədi ilə orada nasos quraşdırdığı barədə yayılan məlumatları təkzib edib. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, Ermənistan Su təsərrüfatı idarəsi məsələ ilə bağlı yaydığı məlumatda Coqaz su anbarının 1980-ci ildə inşa edildiyini və onun iki ölkə sərhədində yerləşdiyini xatırladıb: "Coqaz su anbarından birgə istifadə nəzərdə tutulurdu. Lakin münaqişə başlayandan ondan istifadə edilmir. Bu çərçivədə də Azərbaycanın bu su anbarından istifadə məqsədi ilə nasos quraşdırdığı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Bununla bağlı bizim əlimizdə hər hansı bir məlumat yoxdur".

Qeyd edək ki, ötən gün Ermənistan Kütləvi İnformasiya Vasitələri Azərbaycanın Coqaz su anbarından istifadə məqsədi ilə orada nasos quraşdırdığı barədə ajiotaj qaldırmışdılar.

DİGƏR XƏBƏRLƏR

Top