Türk diplomatlar İsveçrədən sığınacaq istəyib

Diplomatik pasporta sahib bir neçə Türkiyə vətəndaşı İsveçrədən sığınacaq istəyib. “Yeniavaz.com”un “Hürriyet” onlayn-qəzetinə istinadən verdiyi məlumata görə, sığınacaq istəyənlər arasında Türkiyənin İsveçrədəki keçmiş səfiri Volkan Karagöz də var. Məlumata görə, keçmiş səfir həm özü, həm də ailəsi üçün İsveçrədən sığınacaq istəyib. İsveçrənin federal hökuməti (Bundesrat) diplomatik pasrportu olan bəzi türk vətəndaşlarının ölkədən sığınacaq istəməsi xəbərini təsdiq edib, lakin ətraflı məlumat verməkdən imtina edib.

DİGƏR XƏBƏRLƏR

Top