QHT Şurası dələduzluğa görə həbs olunan sabiq dekan müavininə qrant ayırıb?

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 2017-ci il birinci qrant müsabiqəsinin qaliblərini açıqlayıb və 317 QHT-nin layihəsinə maliyyə yardımı ayırıb.

"Yeniavaz.com" xəbər verir ki. Şuranın maliyyə ayırdığı QHT-lər arasında "İnsan Hüquqları və Vətəndaş Cəmiyyəti Naminə" İctimai Birliyinin təqdim eydiyi "Ödənişsiz hüquqi məsləhət günləri təşəbbüsü" adlı layihə insanlar tərəfindən birmənalı qarşılanmayıb və sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olub.

Şuranın bu qərarına etiraz edənlər bildirirlər ki, bu təşkilatın sədri kimi təqdim olunan Məhəmməd İmanlı 3 il əvvəl dələduzluq maddəsi ilə həbs olunan BDU hüquq fakültəsinin sabiq dekan müavinidir. Bildirilir ki, dələduzluq maddəsi ilə həbs olunmuş birinin vətəndaşlara hüquqi məsləhətlər verməsi və bunu dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirməsi doğru deyil.

Qeyd edək ki, BDU hüquq fakültəsinin sabiq dekan müavini Məhəmməd İmanlı 5 may 2012-ci il tarixdə yaşadığı evdə külli miqdarda pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb. Məhəmməd İmanlı CM 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi açılıb. Məhkəmə Məhəmməd İmanlının ittiham olunduğu CM 311.3.3-cü maddəsinin həmin məcəllənin 178.3.2-ci (dələduzluq) maddəsinə tövsif edilməsi barədə qərar qəbul edib və onun 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası "İnsan Hüquqları və Vətəndaş Cəmiyyəti Naminə" İctimai Birliyinin 7 min manat qrant ayırıb:

DİGƏR XƏBƏRLƏR

Top