Avropa İttifaqı (Aİ) martın 15-də Rusiyanın və Ukraynanın şərqindəki separatçı respublikaların 146 vətəndaşına qarşı sanksiyaları 6 ay müddətinə uzadacaq. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu avropalı diplomatik mənbə deyib. Onun sözlərinə görə, Aİ, habelə 37 təşkilata qarşı sankiyaları yarım il müddətinə uzadacaq: “Bu barədə qərarı Aİ-nin daimi üzv ölkələri şurası martın 15-də verəcək”.
Qeyd edək ki, Rusiya üçün sonuncu “qara siyahı” sentyabrın 15-də 6 ay müddətinə uzadılmışdı. Həmin siyahıyada Rusiya hakimiyyəti müayəndələri, rusiyalı siyasətçilər, biznesmenlər və güc struktuları nümayəndələri, eləcə də Ukraynanın şərqində separatçı bölgələrin rəhbərləri daxil olmaqla, 146 nəfər yer almışdı.