"Mingəçevirin 90-cı ildə qalan sakinləri" ilə bağlı AÇIQLAMA

Mingəçevir şəhərininİ. Qayıbov, H. Əliyev, H. Aslanov, D. Əliyeva küçələrində yerləşən binaların sakinləri mənzillərinə istilik verilməməsi ilə bağlı "Yeniavaz.com" saytına şikayət etmişdilər. Bildirmişdilər ki, sonuncu dəfə binalarına istilik 1990-cı ildə verilib. Onlar istilik verilişinin bərpa olunmasını xahiş etmişdilər. Məsələ ilə bağlı Mingəçevir İstilik Sistemləri İstismar sahəsinin rəisi Firdovsi Mahmudov "Yeniavaz.com" saytına açıqlama verib. Onun sözlərinə görə, Mingəçevirdə hazırda 6 qazanxana işlək vəziyyətdədir: "Həmin qazanxanalardan 5-i müasir tipli, biri isə köhnə tipli qazanxanadır".

F. Mahmudov qeyd edib ki, Mingəçevirdə istilik sistemlərinin qurulması 2014-2018-ci illər üzrə Dövlət Proqramına daxil edilib: "Vəsait ayrılan kimi Mingəçevirdə daha 16 qazanxana qurulacaq. İşlər reallaşandan sonra adıçəkilən binalara da istilik veriləcək".

Esmira Hidayətova

DİGƏR XƏBƏRLƏR

Top