Parisdə səfərdə olan Ermənistan prezidenti Serk Sarkisyanla görüşdə Fransua Olland qondarma soyqırımı məsələsində ermənilərə dəstəyini bir daha nümayiş etdirib. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, Olland görüşdən sonra keçirilən mətbuat konfransında: "Biz həmişə qondarma soyqırımının tanınmasına sülhə doğru atılan bir addım kimi baxmışıq. Belə hesab edirəm ki,ermənilərin "soyqırımına" qlobal səviyyədə yanaşmaq lazımdır və biz buna insanlığa qarşı çevrilən cinayət kimi baxırıq",-deyib.
Olland Fransanın həmişəki kimi Ermənistanın ən yaxın müttəfiqi olduğunu və ona yenə də ən yüksək səviyyədə iqtisadi, siyası dəstək verməkdə davam edəcəyini söyləyib.