Bakı-Sumqayıt yolunda tələbələrin ölümünə səbəb olan sürücü saxlanılıb

Bakıdan Sumqayıt şəhəri istiqamətinə gedərkən qəzaya uğrayan mikroavtobusun sürücüsü saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsindən bildirilib ki, 50-BN-132 dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-ci il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu sürətlə hərəkət edən zaman idarəetməni itirərək dəmir yolayrıcına çırpılıb. "Onun qarşısına piyada çıxmayıb", - deyə, idarədən bildirilib. Hüseynov Namiq Hüseyn oğlu dindirilir, həmçinin, onun sərxoş olub-olmadığı araşdırılır. Faktla bağlı cinayət işi başlanılıb.Report

DİGƏR XƏBƏRLƏR

Top