Latviya Belarusla sərhədə hasar çəkəcək

Latviya Belarusla sərhəddə hasar tikəcək. Bunu Latviya Dövlət Sərhəd Mühafizə Xidmətinin rəisi Normunds Qarbars bildirib. On kilometrlərlə uzunluqda olacaq hasarın çəkilməsində məqsəd Belarusdan qeyri-leqal miqrasiyanın və sərhəd pozuntularının qarşısının alınmasıdır. Bununla bağlı tender elan edilib və martın 20-də başa çatacaq. Hasarın tikintisinə 2018, yaxud 2019-cu ildə başlayacaq. Qeyd edək ki, Latviya 2015-ci ildə Rusiya ilə sərhədin müxtəlif sahələrində 90 km uzunluqda hasar tikilməsi barədə qərar qəbul edib. Hazırda Latviya Rusiya ilə sərhədin 23 kilometrinə hasar çəkib. apa

DİGƏR XƏBƏRLƏR

Top