ANS-ə binadan çıxmağa vaxt qoyuldu

Fəaliyyəti dayandırılan "ANS Müstəqil Yayım və Media" Şirkətinin martın sonunadək yerləşdiyi binanı boşaltmaq məcburiyyətində qaldığı bildirilir. Binanın hüquqi sahibi sayılan Zoologiya İnstitutunun telekanala vaxt qoyduğu deyilir. Bu günlərdə şirkət rəhbərliyinin binaya daxil olmasına icazə verilməyib. Onlardan martın 23-ə kimi binanı boşaltmaları tələb olunub.

Qeyd edək ki, ANS şirkətinin yerləşdiyi ofisin icarəsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi ilə müqaviləsi vardı. Müqavilənin vaxtı bitib, komitə ANS-lə yeni müqavilə bağlamayıb.

Xatırladaq ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) ötən il iyulun 18-də "ANS Müstəqil Yayım və Media" Şirkətinin yayımının dayandırılması barədə qərar qəbul edib. Ardınca da bununla bağlı məhkəməyə müraciət edib.

İyulun 29-da da Bakı Apellyasiya Məhkəməsində Ülvi Mayılovun sədrlik etdiyi hakimlər kollegiyası da bu barədə qərar çıxarıb.modern.az

DİGƏR XƏBƏRLƏR

Top