"Parlament seçkilərinin nəticələrindən ciddi dəyişikliklər gözləməyə dəyməz"

Aprelin 2-də Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələrinin ciddi dəyişikliklərə səbəb olacağına inanmaq çətindir. "Yeniavaz.com"un nevvs.am-a istinadən verdiyi məlumata görə, bunu "İrs" Partiyasının keşmiş üzvü Zarui Postancyan mətbuata açıqlamasında deyib: "Əgər Sarkisyanın planlaşdırdığı kimi getsə, onda parlament seçkilərinin nəticələrindən ciddi dəyişikliklər gözləməyə dəyməz".

Muxalifət nümayəndəsi hazırda seçkiqabağı təbliğatın qeyri-bərabər şəkildə getdiyini və bunun hakimiyyətdə olan güclərin qələbəsinə apardığını vurğulayıb. Son məlumatlara görə Postancyan bütün erməniləri öz ətrafında birləşdirəcək yeni siyasi platforma yaratmaq niyyətindədir.

DİGƏR XƏBƏRLƏR

Top