Yol polisindən qadın sürücülərə mükafat - FOTO

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) reyd keçirib.

Reyd zamanı 200-ə yaxın qadın sürücü saxlanılıb. Lakin bu dəfə onlara Yol Patrul Xidməti (YPX) əməkdaşları tərəfindən cərimə yazılmayıb. Yol polisləri nizam-intizama əməl edən, təhlükəsizlik kəmərindən istifadə edən, il ərzində yol hərəkəti qaydalarını pozduğü üçün cərimələnməyən xanımlara müxtəlif qiymətli hədiyyələr və gül təqdim ediblər.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsnin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, bu gün səhər saatlarından başlayaraq paytaxtın müxtəlif küçə və prospektlərində yol polisi əməkdaşları tərəfindən reydlər təşkil olunub: "Xanım sürücülər arasında təhlükəsizlik kəmərindən istifadə edənlər çoxdur, lakin onlar avtomobilin yan və salondakı güzgülərindən bəzən yalnız özlərinə baxmaq üçün istifadə edirlər. Bundan əlavə, kişi sürücülərə nisbətən xanım sürücülər sükan arxasında mobil telefondan daha çox istifadə edirlər. Dövlət Yol Polisi olaraq xanımları təbrik edirik. Qızlarımıza gəlin, gəlinlərimizə ana, analarımıza nənə, nənələrimizə isə uzun ömürlü olmağı arzu edirik. Xanım sürücülərə təhlükəsiz yol arzulayaraq qaydalara əməl etməyi tövsiyə edirik".

Qeyd edək ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən son illər 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Bakıda paytaxt ərazisində "Nümunəvi qadın sürücü" devizi altında ənənəvi aksiya keçirilir. Aksiya zamanı yol polisləri şəhərin mərkəzi küçə və prospektlərində "Yol hərəkəti haqqında" qanunun tələblərinə tam əməl edən qadın sürücülərə müxtəlif hədiyyələr təqdim edirlər.report

DİGƏR XƏBƏRLƏR

Top