
Avropa Parlamentinin sədri Martin Şults vəzifəsindən getdiyini açıqlayıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, M. Şults 2017-ci ildə Almaniya Bundestaqına keçiriləcək seçkilərdə iştirak etmək üçün bu addımı atıb. O bildirib: “Daha Avropa Parlamentinin sədri vəzifəsinə namizədliyimi irəli sürməyəcəm. Şimali Reyn federal torpağında Almaniya Sosial-Demokrat Partiyasının seçki siyahısına başçılıq etmək niyyətindəyəm”.
Tətbiqimizi yükləyə bilərsiniz