Uorlik: "Dağlıq Qarabağda nələrin baş verdiyi məlum deyil"

Dağlıq Qarabağda qoşunların təmas xəttində nələrin baş verdiyini bilmək olmur. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, bu barədə "Amerikanın səsi" radiostansiyasına açıqlamasında ATƏT Minsk Qrupunun keçmiş həmsədri Ceyms Uorlik deyib: "Mən çox arzulardım ki, Azərbaycan və Ermənistanda insanların sülh istədiyini və öz ölkələrinin prezidentlərini sülh anlaşması imzalamağa çağırmasını eşidim. Hər halda belə hesab edirəm ki, Azərbaycan və Ermənistan rəhbərləri münaqişənin yenidən başlamasının çox təhlükəli olduğunu anlayırlar. Bununla bərabər qoşunların təmas xəttində, Dağlıq Qarabağda nələrin baş verdiyi məlum deyil. Elə bir müstəqil mənbə də yoxdur ki, kimin birinci atəş açdığını müəyyən edə bilsin. Ötən ilin aprel döyüşlərində çoxsaylı qurbanların olduğu məlum idi. Amma hazırda baş verən toqquşmalarda həlak olanların dəqiq sayı bilinmir".

Uorlik mövcud status-kvonun sülhin təmin edilməsinə deyil, müharibəyə apardığını xüsusi qeyd edib: "Status-kvo əbədi deyil və o bölgədə yeni müharibənin hər an başlaya bilməsi təhlükəsi əmələ gətirməkdədir. Əgər münaqişə həllini tapsa, onda bu, Ermənistanda güclü iqtisadi inkişafa gətirib çıxaracaq".

DİGƏR XƏBƏRLƏR

Top