Binəli Yıldırımın 17 mühafizəçisi zəhərləndi

Türkiyənin baş naziri Binəli Yıldırımın 17 mühafizəçisi zəhərlənib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə ötən gün baş nazirin İzmirdə 8 Mart beynəlxalq qadınlar günü münasibətilə keçirilmiş tədbirdən sonra baş verib. B. Yıldırımın mühafizəsini təşkil edən polislər yedikləri yeməklərdən zəhərləniblər. 17 mühafizəçi axşam yeməklərini yedikdən sonra özlərini pis hiss ediblər. Onlar eyni şikayət etmələrinin ardından təcili müxtəlif xəstənalara yerləşdiriliblər. Qidadan zəhərlənən polislərin kartof püresi və toyuq yedikləri müəyyənləşib. Həmin yeməklərin nümunələri alınaraq yoxlanılması üçün laboratoriyaya göndərilib. Polislərin xəstəxanadan buraxıldıqları, səhhətlərinin yaxşı olduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top