Rusiyada toyundan 1 həftə sonra yoldaşını öldürən azərbaycanlının məhkəməsi- Qayınana gəlinini cəmi 3 dəfə görüb

Bu ilin aprelində evləndikdən bir həftə sonra həyat yoldaşı Gülnarə Vəliyevanı qətlə yetirmiş Samir Həbibovun növbəti məhkəməsi keçirilib. “Yeniavaz.com” məhkəmədən reportaj hazırlamış “Komsomolskaya pravda” qəzetinə istinadən məlumat verir ki, 34 yaşlı S. Həbibov tutulduqdan sonra yaxşıca yatıb və hətta çəkisi artıb. Əynindəki yun jaket onun çıxan qarnını artıq gizlədə bilmir. S. Həbibov mayın sonundan ev həbsindədir. Xatırladaq ki, Peterburqda Tibb İnstitutunun tələbəsi olan Gülanrə aprelin 22-də yoxa çıxmışdı. Onun meyidi bir aydan sonra meşə ərazisində tapılmışdı. S. Həbibov isə mayın 26-da şübhəli şəxs kimi saxlanılmışdı. O etiraf etmişdi ki, mühabisə zamanı Gülnarəni qətlə yetirib, sonra isə cəsədi meşəyə apararaq basdırıb. Samirə bu işdə doğma qardaşı kömək edib. Kirov rayon məhəkəməsində baş tutmuş iclasda Samirin anası təəccüblü də olsa bildirir ki, Gülnarəni toy günü də daxil olmaqla cəmi 3 dəfə görüb. Gülnarənin atası Sücayət Vəliyev hesab edir ki, məhkəmə prosesi qəsdən uzadılır: “O, faktiki olaraq 2017-ci lin martından ev həbsindədir və istirahət edir, sanatoriyadadır, sonra isə bu onun həbs müddəti kimi hesablanacaq”. Maraqlıdır ki, qətl günü Gülnarənin qışqıraraq kömək istədiyini deyən Samirənin qonşusu məhkəməyə gəlməkdən imtina etmişdi. Növbəti məhkəmə dekabrın 6-na təyin edilib. Samiri 15 il müddətinədək həbs cəzası gözləyir.

DİGƏR XƏBƏRLƏR

Top