"Gürcüstan qaçqınların qəbulu üçün düşərgə açmamaılıdır"

Vizanın aradan qaldırılması barədə Avropa Birliyi ilə Gürcüstan arasında əldə edilən razılıqla qaçqınların qəbulu məsələsi arasında hər hansı əlaqə yoxdur. "Yeniavaz.com"un nevvsgeorgia.ge-yə istinadən verdiyi məlumata görə, bu barədə "Amerikanın səsi" radiostansiyasının gürcü redaksiyasına açıqlamasında miqrasiya və vətəndaşlıq məsələləri üzrə avrokomissar Dmitris Avramopulos deyib: "Viza rejiminin liberallaşdırılması planı Gürcüstan hökumətinə 2013-cü ildə təqdim edilib. Bu plana əsasən Gürcüstan bəzi kriteriyaları yerinə yetirməli idi. Qanunun aliliyinin təmini və məhkəmə sistemində islahatlarla bağlı kriteriyaların reallaşdırılması Gürcüstanla vizanın liberallaşdırılmasına imkan verib".

Avrokomissar viza rejiminin liberallaşdırılmasının qaçqınların qəbulu ilə heç bir əlaqəsi olmadığını dönə-dönə vurğulayıb: "Gürcüstan qaçqınların qəbulu üçün düşərgə açmamaılıdır. Bununla bağlı AB-yə üzv heç bir dövlət Gürcüstana təzyiq edə bilməz"

DİGƏR XƏBƏRLƏR

Top