Azərbaycan-ABŞ diplomatik münasibətlərinə həsr olunmuş poçt markası buraxılıb

Los Anceles şəhərində Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 25 illiyinə həsr olunmuş poçt markası buraxılıb. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, ABŞ-n Federal Poçt Xidməti tərəfindən təsdiq olunmuş və bütün ölkə ərazisində istifadə gücünə malik poçt markasının üzərində Azərbaycan və ABŞ bayraqları əks etdirilərək, “Azərbaycan – ABŞ. 25 İllik Dostluq. 1992-2017” sözləri qeyd olunub. Markanın buraxılması Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə baş tutub. Baş Konsulluq markanın ABŞ-da geniş şəkildə yayılmasını planlaşdırır.Apa

DİGƏR XƏBƏRLƏR

Top