Türkiyənin energetika naziri Berat Albayrak Moskvaya işgüzar səfər edəcək. B.Albayrak “RİA Novosti”yə açıqlamasında martın 10-da baş tutacaq səfərinin müsbət nəticə verəcəyinə ümidvar olduğunu bildirib. Məlumata görə, B.Albayrak Moskvaya Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın rəhbərlik edəcəyi nümayəndə heyətin tərkibində səfər edəcək. Türkiyəli nazirin Moskvada rusiyalı həmkarı Aleksandr Novakla görüşü planlaşdırılıb.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan martın 10-da rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə Moskvaya səfər edəcək. Səfərin məqsədi Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 6-cı iclasında iştirak etməkdir. Prezidentlər beynəlxalq terrorla mübarizədə və Suriya böhranının nizamlanmasında iki ölkə arasında əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.Apa