Rusiyada prezident seçkilərinin tarixi dəyişdirilə bilər

Kreml 2018-ci ildə prezident seçkiləri tarixinin martın 18-nə keçirilməsi ideyası ilə bağlı mövqeyini formalaşdırmayıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, bu təşəbbüs barədə düşünmək üçün müəyyən qədər vaxt lazımdır: “Mövcud məsələyə yaxın perspektivdə aydınlıq gələcək”.

Xatırladaq ki, senatorlar Andrey Klişas və Anatoli Şirokov ölkədə seçkilərin şəffaflığını artırmaq, müşahidəçilərin təyinat prosedurunu sadələşdirmək, habelə seçki məntəqələrinin əlçatanlığını yaxşılaşdırmağı nəzərdə tutan qanun layihələri paketini Dövlət Dumasına təqdim edib. Mövcud qanunvericiliyə əsasən, Rusiyada prezident seçkiləri martın ikinci bazar günündə (2018-ci ildə - ayın 11-də) keçirilir. Senatorlar təklif edirlər ki, səsvermə günü bayramların başqa tarixə keçirilməsi ilə bağlı bayramsonrası və ya iş günü ilə birləşdirilərsə, seçkilərin üçüncü bazar gününə təyin edilməsini təklif edirlər. 2018-ci ildə üçüncü bazar günü martı 18-nə təsadüf edir.

DİGƏR XƏBƏRLƏR

Top