"Bizim yarmarkanın bircə mollası çatmır" - Rusiya ilə bizdəkinin fərqi

Xəbər verdiyimiz kimi, Novruz bayramı öncəsi Bakının müxtəlif ərazilərində bayram yarmarkası təşkil olunub. Yarmarkarlarda qiymətlərin digər yerlərlə müqaisədə ucuz olduğu bildirilir. "Yeniavaz.com" xəbər verir ki, burada suvenirlər, bəzək əşyaları, şirniyyat məhsulları, uşaq oyuncaqları və s. satılır.

Belə yarmarka çadırlarından biri də metronun "28 May" stansiyasının yaxınlığında qurulub. Lakin bayram yarmarkası üçün qurulan çadırların yas məclisləri üçün qurulan çadırlara bənzəməsi, kənarlarının bağlı olması, yoldan keçənlərin orada nə satıldığını görə bilməməsi sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Rusiyada keçirilən bayram yarmarkaları ilə bizdə keçirilən yarmarkaların fotolarını paylaşan vətəndaşlar "bizim yarmakanın bircə mollası çatmır" deyə rişxənd ediblər.

DİGƏR XƏBƏRLƏR

Top